Ermənistan işğala görə Azərbaycana pul, yaxud ərazi verməlidir - TARİXİ PRESEDENTLƏR VAR 

ÖLKƏ
11:36 / 08.01.2021
2967

Azərbaycan Ermənistandan mütləq təzminat alacaq

Beynəlxalq hüquq normalarını kobudcasına pozan Ermənistan 1990-cı illərin əvvəllərindən başlayaraq dünya birliyinin tanıdığı Azərbaycan ərazilərinin 20%-ni işğal etdi. 26 il davam edən danışıqlar prosesi dövründə rəsmi Yerevan BMT Təhlükəsizlik Şurasının Qarabağda işğala son qoyması barədə 4 qətnaməsinə məhəl qoymadı.

Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində düşməni darmadağın edərək işğala son qoydu, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmiş oldu. Bu illər ərzində Dağlıq Qarabağ və ətraf 7 rayonun yeraltı sərvətlərini, su ehiyatlarını, meşələrini, tarixi abidələri, münbir torplaq sahələrini istismar edən düşmən ərazidəki yaşayış məntəqələrini yer üzündən silmişdi.

Məhz buna görə, 30 ilə yaxın davam edən təcavüzə görə, Azərbaycan dövlətinə dəymiş maddi zərər yəni reparasiya beynəlxalq instansiyaların verəcəyi qərarla reparasiya (Təcavüzkar dövlətin hansısa dövlətə (dövlətlərə) dəymiş zərəri pul və ya maddi formada ödəməsini nəzərdə tutan maddi-hüquqi məsuliyyət reparasiya adlanır) formasında ödənilməlidir.

Tarixdə işğal faktına görə, pul, bəzən isə ərazi qarşılığında repatriasiya nümunələrini təqdim edirik.

Almaniya – dünyanın ən böyük təzminat ödəyən ölkəsidir

Reparasiya ödənişi barədə ən məşhur nümunə Almaniya ilə bağlıdır. İkinci Dünya Müharibəsinin başlanmasına rəvac verən Üçüncü Reyx əksər Avropa ölkələtrini işğal edərək onlara ağır maddi zərər vurmuşdu. Polşa ilə Almaniya arasında reparasiya məsələsi 1953-cü ildə həll olunmuşdu. Sovet İttifaqının təsiri altındas Polşa dəymiş zərərə görə kompensasiya almaqdan imtina etmişdi.

Amma 1990-cı ildə Almaniya birləşəndən sonra Polşa 6 illik işğala görə, Almaniyadan repatriasiya tələb etdi. 1992-ci ildə iki hökumət arasında “Almaniya-Polşa Barışığı Fond”u yaradıldı.

Almaniya bu fondun köməyi ilə Polşaya 1,3 milyard avro ödəniş etdi. Amma Polşa hökuməti hərbi itkilərə görə, Almaniyadan daha 525 milyard avro kompensasiya tələb edir. Rəsmi Berlin isə məsələni bağlanmış hesab edir.

Maraqlıdır ki, 1953-cü ildə Polşa kompensasiyadan imtina edərək, əvəzində sərhədlərin Almaniyanın içərilərinə doğru 20 kilometr ərəli çəkilməsini tələb etmişdi.

Yunanıstan da pul istəyir

2013-cü ilin yanvarında Yunanıstan Maliyyə Nazirliyinin işçi qrupu İkinci Dünya Müharibəsi dövründə Almaniyanın işğalı zamanı ölkəyə dəyən zərəri hesablamağa başladı. Yunan ekspertlər dəymiş zərərin faizlərini çıxmaq şərti ilə 108 milyard avro kompensasiya verilməsinin mümkünlüyünü səsləndirdi. 2015-ci ildə reparasiyanın məbləği 279 milyard dollara qədər qaldırıldı. 1960-cı ilə qədər Almaniyadan 115 milyon marka kompensasiya alsa da, rəsmi Afina həmin pulu reparasiyanın bütün məbləği deyil, avans hesab edirdi.

Angela Merkel hökuməti isə reparasiya ilə bağlı bütün siyasi və hüquqi məsələlərin 1990-cı ildə imzalanmış müqavilə ilə qapandığını açıqlayıb.

Paralel olaraq, keçmiş Yuqoslaviya dövləti 1946-cı ildə imzalanmış Paris müqaviləsinə görə, Almaniyanın vurduğu zərərə görə 36 milyon dollar kompensasiya almışdı. Bundan başqa, ölkə vətəndaşları üzərində tibbi eksperimentlərə görə, Almaniya daha 20 milyon dollar ödəməli idi.

1945-ci ilin oktyabrında Hollandiya işğala görə, Almaniyadan 25 milyard qulden kompensasiya tələb etmişdi. Amma 1949-cu ildə 69 kvadrat kilometr ərazi qarşılığında bi iddiasını geri götürmüşdü. 1963-cü ildə Almaniya 280 milyon marka ödəməklə həmin ərazini yenidən Hollandiyadan satın aldı.

Latviya, Litva və Estoniyanın Moskvaya təzminat davası və Rusiyanın yüz milyardlarla dollar vəsait xatırlatması

Paralel olaraq, özünü Sovet İttifaqının varisi elan edən Rusiya Federasiyası da reparasiya tələbi ilə üzləşir. 1940-cı ildə Molotov-Ribbentrop paktı sayəsində işğala məruz qalan Latviya, Litva və Estoniya Rusiyadan 50 illik müharibəyə görə, baş nazir və prezident səviyyəsində bu barədə açıqlama verirlər. Estoniya Sovet İttifaqının işğalçılıq siyasətini 25 milyard, Latviya isə 185 milyard avro məbləğində dəyərləndirir.

Rəsmi Moskva isə bu iddiaları absurd adlandıraraq Sovet İttifaqının Baltikyanı ölkələrdə sənayenin qurulmasına yüz milyardlarla dollar vəsait yatırdığını xatırladıb.

Müasir dövrün reparasiyalarından söz düzmüşkən isə İraqın 1990-cı ildə Küveytə hücum etməsi yada düşür. 1991-ci ilin fevralına kimi Küveyti işğalda saxlayan İraq “Səhrada tufan” əməliyyatı zamanı ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya tərəfindən darmadağın edilmişdi.

Müharibədən sonra, Beynəlxalq Məhkəmə Küveytə dəymiş zərərə görə, İraqın 46,5 milyard dollar reparasiya ödəməsini tədiq edib. Bu günə qədər həmin məbləğin 20 milyard dolları ödənilib.

Ərazilərinin  20 faizi 30 il Ermənistanın işğalı altında qalan Azərbaycanın bu bölgələrdə bütün maddi və mədəni nümunələri, evlər, inzibati binalar, təbiət erməni barbarları tərəfindən məhv edilib. Birinci Qarabağ savaşında 30 minə yaxın, İkinci Qarabağ müharibəsində isə üç minə yaxın soydaşımız şəhid olub. Bütün bunların nəticəsində Azərbaycana 100 milyardlarla dollar həcmində zərər dəyib.

İndi Azərbaycan beynəlxalq hüququn verdiyi imkandan istifadə edərək işğalçı Ermənistana qarşı təzminat davası başlayır.

İqtisadçıların hesablamalarına görə, Ermənistan pul ödəmək iqtidarında olmadığını bəyan edəcəksə, əvəzində 30 il işğalda saxladığı ərazilərin yarısı boyda ərazisini ömürlük Azərbaycana verməlidir.

Mənbə: Modern.az

0