"Twitter" Trampın hesabını birdəfəlik blokladı

DÜNYA
09:52 / 09.01.2021
604

"Twitter" rəhbərliyi şiddətə səbəb ola biləcəyindən narahat olduğu üçün ABŞ-ın hazırki prezidenti Donald Trampın şəxsi hesabına girişi daimi əsasda bağlayıb.

Bu barədə şəbəkə rəhbərliyinin açıqlamasında deyilir.

Qeyd edilir ki, "şiddətə yeni təhrik etmə təhlükəsi səbəbindən hesab daimi olaraq dayandırılıb". Qərar Amerika liderinin "hesabındakı son mesajları diqqətlə nəzərdən keçirilməsindən" sonra verilib. Hazırda Trampın hesabına giriş yoxdur.

Respublikaçı prezident həmçinin "Twitter"ə alternativ platforma yaratmaq imkanını açıqlayıb. Tramp müvafiq mesajı ABŞ prezidentinin rəsmi "Twitter" səhifəsində yerləşdirib.

0
Qafqazinfo.az