"Erməni icması sizin Moskvaya səfərinizi deyil istefanızı gözləyir".
HİT.Az-ın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın qarşıda gələn Moskva səfərinə toxunan Rusiyada Erməni ittifaqının sədri Ara Abramyan Facebook hesabında yazıb.
Abramyan Ermənistan liderinə bir neçə sual da ünvanlayıb: "Niyə və nə ilə indi Rusiyaya gəlirsiz? Daha nələri imzalayıb və nələr haqqında sövdələşmək istəyirsiz? Hələ də iqtidarınızda olanları belə tezliklə əldən verməkdə niyə bu qədər maraqlısınız? Əliyevin ünvanınıza sərt çıxışlarına, sizi dəfələrlə alçatmasına dözməyə məcbur edən şey nədir? Ermənistan xalqının, prezidentin və ölkənin din xadimlərinin çağırışlarına baxmayaraq siz dayanmırsınız və Ermənistanı uçuruma aparan ssenarini durdurmursunuz, niyə?"
Abramyan sonda Paşinyana bildirib ki, bu və başqa suallara cavabınız yoxdursa Moskvaya gəlişinizlə 3 milyonluq erməni icmasını yalnız qıcıqlandırmış və alçaldmış olusunuz: "Erməni icması sizin Moskvaya səfərinizi deyil istefanızı ğözləyir".