1 dəqiqənin 59 saniyəyə salınması təklif olunub

DÜNYA
20:13 / 09.01.2021
1404

Alimlər 1 dəqiqənin 59 saniyəyə salınmasını təklif ediblər.

HİT.Az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, alimlər Yer kürəsinin hazırda son 50 ilin ən sürətli tempi ilə hərəkət etdiyi qənaətindədirlər. 

Bununla əlaqədar olaraq dəqiqəni bir saniyə qısaltmaq və dəqiq zaman axınını Yerin dövr etməsinə uyğunlaşdırmağın məntiqli olub-olmadığı barədə xronometristlər müzakirələrə başlayıblar.

Onların sözlərinə görə, Yerin fırlanma sürəti artmaqda davam edərsə, belə bir addıma ehtiyac ola bilər. Bununla belə, alimlər bunun reallaşacağını söyləməyin hələ tez olduğunu düşünürlər.

Qeyd edək ki, Yer kürəsinin daha yavaş dövr etməsini kompensasiya etməkdən ötrü 1970-ci ildən bəri 27 saniyə əlavə olunub. Bunun səbəbi isə planetimizin öz oxu ətrafında tam dövr etməsi üçün 24 saatdan bir qədər çox vaxt tələb olunması idi. Lakin ötən ildən etibarən vəziyyət tamamilə dəyişib.

Son qərar 2023-cü ildə keçiriləcək Ümumdünya Radioəlaqə Konfransında veriləcək.

0