Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1200-ə çatır

SİYASƏT
21:30 / 09.01.2021
1057

Cəbrayılda aparılan axtarışlar zamanı daha 3 erməni hərbçisinin meyiti tapılıb.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, meyitlər döyüş mövqelərində aşkarlanıb. Bununla da Qarabağda meyitləri aşkarlanan ermənilərin sayı 1 197 nəfərə çatıb. Məlumata görə, onlar arasında hərbçilərlə yanaşı, mülki şəxslər də var. Lakin Ermənistan rəsmiləri döyüş əməliyyatları zamanı Azərbaycanın işğal olunmuş ərazilərində mülki şəxslərin nə üçün, hansı məqsədlə göndərildiklərini gizlədirlər.

Qarabağ müharibəsində itkin düşmüş erməni əsgərlərinin axtarışlarına hərbçilərlə yanaşı, itkinlərin qohumları da cəlb edilib.

Xatırladaq ki, bu, meyitləri tapılan itkinlərin sayıdır. Ermənistanın Səhiyyə Nazirliyinin son məlumatına görə, hələlik müharibədə həlak olmuş 3 300-dən çox erməni hərbçisinin meyiti ekspertizadan keçirilib.

Daha əvvəl Hadrutda aparılan axtarışlar zamanı daha 6 erməni hərbçisinin meyiti aşkarlanıb.

0