Yunanıstan Ermənistana ikinci yardım təyyarəsi göndərib

DÜNYA
23:44 / 09.01.2021
1540

Yunanıstan Ermənistana ikinci humanitar yardım təyyarəsi göndərib.

HİT.Az-ın xəbərinə görə, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Yunanlıarın ilk yardım dolu təyyarəsi ötən il 14 dekabrda Yerevana gəlib. Bildirilib ki, yardım müharibədən zərər çəkmiş ailələrə kömək məqsədi ilə göndərilib.

Qeyd etmək lazımdır ki, Ermənistana humanitar yardım göndərən dövlətlər arasında Yunanıstanla yanaşı Rusiya, Fransa, Kipr və Baltikyanı ölkələrin də adları var. 

5