Qorbaçov Qarabağdan danışdı: “Qalib və məğlub tərəf olmadan..."

SİYASƏT
11:32 / 11.01.2021
3387

Sovet İttifaqının sonuncu rəhbəri Mixail Qorbaçov Dağlıq Qarabağ münaqişəsinə toxunub.

Rusiya KİV xəbər verir ki, o, bu gün Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyev arasında baş tutacaq üçtərəfli görüş barədə gözləntilərini bölüşüb. 

“Ümid edirəm ki, Rusiya kömək edə biləcək. Amma əsas rol münaqişə tərəflərinin üzərinə düşür. Azərbaycan və Ermənistan münaqişənin həlli ilə bağlı danışıq aparmağı üzərilərinə götürüb. Nizamlanma hər iki tərəfin maraqları çərçivəsində, qalib və məğlub tərəf olmadan baş tutmalıdır”.

Xatırladaq ki, bu gün Rusiya prezidenti Vladimir Putin 10 noyabr üçtərəfli razılaşmasının bəndlərini reallaşdırmaq üçün Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq.

22
Modern.az