Moskva müharibə zamanı Yerevana 1 milyard dollarlıq silah verib - Erməni mətbuatı

13:47 / 11.01.2021
3588

Bu gün Moskvaya səfər edən Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan və Rusiya liderləri ilə görüşəcək.

Ermənistan KİV xəbər verir ki, səfər zamanı Paşinyanın Moskvadan 1 milyard 150 min dollar məbləğində kredit götürməsi gözlənilir.

“Rusiya 44 günlük müharibə zamanı Ermənistana məhz bu məbləğdə silah satmışdı. Rəhbərlik yardımın qarşılıqsız olması barədə xahiş belə etməyib”- deyə hökumətdəki mənbə açıqlama verib.  

Beləliklə, Ermənistanın xarici borcu daha 1 milyard dollar məbləğində artmış olacaq.

12
Modern.az