Bu ilin 13-14 yanvar tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına rəsmi səfərlə yola düşəcək.
Bu barədə HİT.Az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində 13 yanvar tarixində Azərbaycan Respublikası, Türkiyə Respublikası və Pakistan İslam Respublikasının xarici işlər nazirlərinin 2-ci üçtərəfli görüşünün keçirilməsi nəzərdə tutulur.
14 yanvar tarixində isə AR xarici işlər nazirinin Pakistanın yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.