Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə təkbətək görüşü zamanı Dağlıq Qarabağ münaqişənin kəskinləşməsini 2020-ci ilin ən vacib hadisəsi adlandırıb.
"Təbii ki, ötən ilin ən mühüm hadisəsi Dağlıq Qarabağdakı çətin vəziyyət, onun ağır gedişatı oldu", - deyə o bildirib.
Rusiya lideri döyüşlərin durdurulmasından məmnunluğunu da dilə gərtirib: "Hərbi əməliyyatların, qan tökülməsinin durdurulmasına nail olmağımızdan məmnunluğumu bildirmək istəyirəm. Bu günün işinin nəticələrindən danışarkən qeyd etmək istəyirəm ki, sülhməramlı missiya öz funksiyasını yerinə yetirir və bütövlükdə vəziyyət tədricən normallaşır".
O, həmçinin "vəziyyətin uzun müddətli həllinə hesablanan" Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatın imzalamasının vacibliyini də vurğulayıb.