“Nizamidən də oxuyaram, Füzulidən də. Kimə nə?“ - Afət Fərmanqızı (VİDEO)

MAQAZİN
11:10 / 12.01.2021
1565

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin qəzəlini hindsayağı ifa etdiyinə görə tez-tez tənqid edilən müğənni Afət Fərmanqızı bu dəfə Nizamidən oxuyacağını açıqlayıb.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında bu barədə paylaşım edən ifaçı tezliklə mahnısının çıxacağını bildirib:

“Bəzi adamlar var, orda-burda mənim adımı çəkirlər. Deyirlər Afətə deyin ki, Nizami ilidir, bir dənə də Nizamidən oxusun. Oxumuşam! Yaxında görəcəksiniz. Niyə oxumuram?! Nizamidən də oxuyaram, Füzulidən də oxuyaram, kim mənə nə deyə bilər ki?!  Nəsimidən oxudum kim mənə nə deyə bildi ki? Deyənin də cavabını verdim”.

Qeyd edək ki, Afət Fərmanqızının Nəsiminin sözlərinə oxuduğu "Pəncu şeş" adlı mahnısı ictimaiyyətdə birmənalı qarşılanmamışdı. Qəzəli hind musiqisi ilə ritmik sintez edən xanım müğənni davamlı olaraq tənqidlərinə tuş gəlirdi.

Həmin görüntüləri təqdim edirik:

0