Kamçatkaya meteorit düşdü - VİDEO

DÜNYA
11:20 / 12.01.2021
953

Rusiyada Kamçatka yarımadasının üzərində meteorit partlayıb.

HİT.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidməti məlumat verib.

Qeyd olunub ki, meteorit Kamçatkanın qərb sahili üzərində yanvarın 11-də səhər saatlarında müşahidə olunub.

Səma cismi atmosfer qatında 55 saniyə hərəkət etdikdən sonra partlayıb.

1