"WhatsApp” tətbiqetmənin davamlı istifadəsi üçün 8 fevral tarixinə qədər təsdiqlənməsi ilə bağlı yenilənmiş məxfilik müqaviləsi barədə açıqlama verib.
Biznesmedia messencerin rəsmi səhifəsində yerləşdirilmiş məlumatı təqdim edir:
"Yayılan bəzi şayiələrə aydınlıq gətirmək istəyirik. Sizin şəxsi məlumatlarınızı yüksək şifrələmə ilə 100% müdafiə etməyə davam edirik. Bizim siyasətimizin yenilənməsi sizin dostlarınız və ya yaxınlarınızla yazışmalarınızın məxfiliyinə təsir etməyəcək. Aşağıdakılara nəzər yetirməklə sizin məxfiliyinizi necə qoruduğumuzla, eləcə də "Facebook”da nəyi paylaşmadığımızla tanış olun:”