Ərdoğan "Brexit" məsələsindən sonra Türkiyəni Aİ-yə qəbul etməyə çağırdı

DÜNYA
20:50 / 12.01.2021
824

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Brexit"lə bağlı məsələlərdən sonra ölkəsini Avropa İttifaqına (Aİ) qəbul etməyə çağırıb. 

Bu barədə HİT.Az Türkiyə mətbuatına istinadən xəbər verir.

"Biz Avropa İttifaqının tamhüquqlu üzvü olmaq istəyimizdən heç vaxt vaz keçməmişik. "Brexit”lə başlayan qeyri-müəyyənlik ancaq Türkiyənin Avropa İttifaqı ailəsində yer alması ilə aradan qaldırıla bilər. Türkiyə olaraq biz üzərimizə düşəni etdik, ancaq Avropa tərəfindən təkliflərimizə cavab ala bilmədik", - deyə Ərdoğan Ankarada çıxışı zamanı bildirib.

O həmçinin qeyd edib ki, Türkiyə yük olan ölkə deyil, yük alan ölkədir. 

Qeyd edək ki, Türkiyə 1963-cü ildə Avropa İttifaqı ilə (o zaman Avropa İqtisadi Birliyi) assosiasiya haqqında razılaşma imzalayıb. 14 aprel 1987-ci ildə isə Türkiyə rəsmi olaraq təşkilata üzvlük üçün müraciət edib. Lakin üzvlüklə bağlı danışıqlar 2005-ci ildə başlasa da, fikir ayrılıqları səbəbindən bir neçə dəfə dayandırılıb.

0