Tanınmış rusiyalı aktyor dünyasını dəyişdi

MƏDƏNİYYƏT
11:54 / 13.01.2021
1573

Rusiyalı tanınmış teatr vı kino aktyoru Denis Karasyev Moskvada vəfat edib.

HİT.Az-ın xəbərinə görə, bu barədə 13 yanvarda REN TV məlumat yayıb.

Aktyor öz mənzilində dünyasını dəyişib. Evə gələn həkimlər D.Karasyevin həyatını xilas edə bilməyiblər.

57 yaşlı aktyorun ölümünün ilkin səbəbi kimi ürək çatışmamazlığı göstərilir.  Karyerası ərzində D.Karasyev 50 filmdə rol alıb. İzləyicilər onu daha çox "Yaramazlar", "Stringer", "İlk dövrədə", "Mən kuklayam" və "Biz gələcəkdənik 2" filmlərində aldığı rollarla tanıyıb və sevib. 

0