Ağakərimin son halı: "Ayaqları tutulub, gəzə bilmir"

MAQAZİN
14:32 / 13.01.2021
1478

"Həmin Zaur" proqramı uzun müddətdir xəstə olan meyxanaçı Ağakərimin evində qonaq olub.

HİT.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçinin ailə üzvləri onun görüntülərinin yayımlanmasına icazə verməyiblər. Onlar hətta Ağakərimin başqa evdə saxlanıldığını deyərək, çəkiliş komandasını içəri buraxmayıblar.

Meyxanaçının oğlu Kamil isə açıqlama verərək atasının yataq xəstəsi olduğunu söyləyib: "Həkimlər deyir ki, sağalmasına ümid var. Dörd ildir xəstədir, il yarımdır yataqdadır. İnsanları tanıyır, huşu yerindədir. Ayaqlarında problem var, tutulub, gəzə bilmir".

Kamil atasının son halının fotosunu telefonunda göstərib.

0