ABŞ, İraq və Əfqanıstanda olan hərbi kontingentinin sayını azaldaraq ölkələrin hər birində 2 500 hərbçi saxladı.
HİT.Az-ın xəbərinə görə, bu barədə Pentaqonun rəhbəri Kristofer Miller Twitter hesabında yazıb.
Buna səbəb olaraq İraqın yerli təhlükəsizlik qüvvələrinin potensialının artması və İŞİD-lə sərbəst mübarizə aparmaq iqtidarında olmaları göstərilir.
Əfqanıstana gəlincə isə, Miller bildirib ki, ixtisardan sonra qalan hərbçilərin sayı ABŞ-ın maraqlarını təmin etməyə kifayətdir.