Belarus hakimiyyətinə qarşı sanksiyalara daha 5 ölkə qoşulub

23:10 / 15.01.2021
864

Avropa İttifaqının (Aİ) Belarus hakimiyyətinə qarşı tətbiq etdiyi sanksiyalar daha beş ölkə tərəfindən dəstəklənib.

HİT.Az-ın Avropa Şurasına istinadən verdiyi xəbərə görə, Aİ tərəfdaşları olan Norveç, İslandiya, Albaniya, Şimali Makedoniya və Monteneqro tətbiq edilən məhdudiyyətlərə qatılıb.

Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenkonun istefasını tələb edən etirazlar ötən ilin avqust ayından bəri səngimir və iqtidar etirazçılara güc tətbiq edərək cavab verir.

Avropa Lukaşenkonın altıncı müddətə prezident seçilməsini legitim saymadı, ona və Belarusun bir sıra yüksək vəzifəli şəxslərinə qarşı sanksiyalar tətbiq etdi.

0