İki erməni hərbçinin meyiti qarşı tərəfə verildi

ÖLKƏ
13:23 / 16.01.2021
649

İki erməni hərbçinin meyitini qarşı tərəfə təhvil verilib.

APA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, meyitlər Talış-Suqovuşan istiqamətində qarşı tərəfə qaytarılıb.

Erməni tərəfi meyitlərin tanınmaz halda olduğunu, onların kimliyinin müəyyən olunması üçün ekspertiza təyin edildiyini açıqlayıb.  

Xəbər verilir ki, indiyədək aparılmış axtarış nəticəsində 1232 erməni hərbçinin meyitinin qalıqları tapılıb.

0