Məsut Özil “Arsenal”la yollarını ayırdı: “Fənərbaxça”ya keçəcəyi gözlənilir

İDMAN
21:30 / 16.01.2021
1595

Almaniya millisinin yarımmüdafiəçisi Məsut Özilin “Arsenal”la müqaviləsinə xitam verilib.

Bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Mənbə iddia edir ki, 32 yaşlı türk əsilli yarımmüdafiəçinin yaxın günlərdə İstanbulun “Fənərbaxça” klubu ilə müqavilə imzalayacağı gözlənilir. 

M.Özilin hazırda azad agent statusuna malik olduğu qeyd olunur.

0