2020-ci ildə Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsinin həcmi 9 milyard 332,2 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin həcmi əvvəlki ilin göstəriciləri ilə müqayisədə 27,8 faiz azalıb.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, Avropa İttifaqı ölkələrindən 2 milyard 531,4 milyon dollar və ya 2019-cu ilin göstəricilərinə nisbətən 4,1 faiz çox məhsul idxal edilib. İxrac həcmi isə 6 milyard 800,9 milyon dollar təşkil edib ki, bu da əvvəlki ilin göstəriciləri ilə müqayisədə 35,2 faiz az olub.
Azərbaycanla Avropa İttifaqı ölkələrindən ən çox ticarət dövriyyəsinə sahib ölkələr sırası ilə - İtaliya, Almaniya, Xorvatiya, Fransa, Yunanıstan, Böyük Britaniya, İspaniya, Çexiya, Portuqaliya və Avstriya olub.
2020-ci ildə Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsinin həcmi:
İtaliya - 4 milyard 568,5 milyon ABŞ dolları
Almaniya - 817,6 milyon ABŞ dolları
Fransa - 558,9 milyon ABŞ dolları
Yunanıstan - 536,9 milyon ABŞ dolları
Xorvatiya - 473,2 milyon ABŞ dolları
Böyük Britaniya - 454,5 milyon ABŞ dolları
İspaniya - 427,4 milyon ABŞ dolları
Çexiya - 273,6 milyon ABŞ dolları
Portuqaliya - 252,1 milyon ABŞ dolları
Avstriya - 193 milyon ABŞ dolları
Ötən il ölkəmizdən İtaliyaya 4 milyard 172,2 milyon dollar dəyərində məhsul ixrac edilib. Bu ölkədən Azərbaycana 396,2 milyon dollar dəyərində məhsul idxal edilib.
Ticarət dövriyyəsinə görə İtaliyadan sonra Almaniya gəlir. Azərbaycandan ölkəyə ixrac edilən məhsulların ümumi dəyəri 234,1 milyon dollar, ölkədən idxal olunan məhsulların dəyəri isə 583,5 milyon dollar olub.
Eləcə də, ölkəmizdən Xorvatiyaya 470,8 milyon dollarlıq məhsul ixrac edilib. Ölkədən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 2,4 milyon dollar olub.
Bu dövr ərzində Fransaya ixrac edilən məhsulların dəyəri 110,7 milyon dollar olub. Azərbaycanın bu ölkədən idxal etdiyi məhsulların dəyəri isə 448,2 milyon dolları təşkil edib.
Həmçinin, Yunanıstana ixrac edilən məhsulların ümumi dəyəri 523,3 milyon dollar, ölkədən idxal olunan məhsulların dəyəri isə 13,7 milyon ABŞ dollarını təşkil edib.
Qrafikdə digər Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi əks olunub: