Qarabağda sənaye və tekstil fabrikləri yaradılacaq

ÖLKƏ
14:02 / 18.01.2021
680

Qarabağda məskunlaşacaq vətəndaşların məşğulluğunu təmin etmək məqsədilə sənaye və tekstil fabriklərinin qurulması planlaşdırılır.

Türkiyə Sahibkarları Birliyindən (TÜMKİAD) HİT.Az-a verilən məlumata görə, layihənin icrasına dair qurumun nümayəndələri 18-22 yanvar tarixlərində Bakıda olacaqlar və ölkənin səlahiyyətli qurumların nümayəndələri ilə görüşəcəklər.

Səfər çərçivəsində Milli Məclisin nümayəndələri, həmçinin Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvləri ilə də görüşlər keçiriləcək.

0