“Rusiyanın Dağlıq Qarabağın müstəqilliyini tanımaq fikri yoxdur".
"TASS" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov XİN-in 2020-ci ildəki fəaliyyətinin nəticələrinə dair mətbuat konfransındakı çıxışında bildirib.
"Rusiya Federasiyasının Dağlıq Qarabağın müstəqilliyini tanımaq və onu Rusiyanın tərkibinə daxil etmək fikri yoxdur", - deyə Lavrov qeyd edib.
Bununla yanaşı o, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 44 günlük hərbi əməliyyatlara son qoyan üçtərəfli bəyanatında heç bir gizli əlavə olmadığını bildirib.
Mediapost.az