ABŞ Baydenin inaqurasiyası üçün "təcili yardım"a milyonlarla dollar xərclədi

DÜNYA
19:58 / 19.01.2021
778

ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimi keçirildiyi gün kütləvi etiraz nümayişlərindən qorxduğundan Amerika səlahiyyətliləri "təcili yardım" maşınları və xüsusi texnika üçün 10 milyon dollar xərclədi. 

HİT.Az xəbər verir ki, TMZ bu barədə Federal Təcili Yardım İdarəsinin (FEMA) məlumatlarına istinad edərək yazır.

İddialara görə "təcili yardım" maşınları artıq Vaşinqtona gəlir. FEMA, əlavə "təcili yardım" texnikası əldə etmək üçün "American Medical Response" ilə müqavilə imzalayıb. 

İddialara görə, müqavilə 15 yanvarda imzalanıb və 25 yanvaradək qüvvədə olacaq.

0