Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu yanvarın 20-də canlarını Azərbaycanın istiqlalı uğrunda qurban verən şəhidlərlə bağlı “Twitter” hesabında paylaşım edib:
“20 yanvar 1990-cı ildə Can Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edən qardaşlarımızı rəhmətlə anıram. Şəhidlərin simvolu olan qərənfillər bu gün Azərbaycan torpağının simvolu xarıbülbül ilə birlikdə çiçəkləyir”.
“Üç rəngli bayrağınla xoşbəxt yaşa, Can Azərbaycan!”, - deyə türkiyəli nazir hər iki qardaş ölkənin dövlət bayraqlarını da paylaşımına əlavə edib.
20 Ocak 1990’da Can #Azerbaycan’ın istiklali uğrunda hayatlarını feda eden kardeşlerimizi rahmetle anıyorum. Şehitlerin sembolü karanfiller bugün azat Azerbaycan topraklarının sembolü har-ı bülbül ile birlikte açıyor. 3 renkli bayrağınla mesut yaşa Can Azerbaycan! ???? pic.twitter.com/AZIN2e1qyn
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) January 20, 2021