Azərbaycanda ötən il neçə dördəm doğulub? - RƏSMİ

ÖLKƏ
15:20 / 21.01.2021
649

Ötən ilin 11 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 116454 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,7 təşkil edib. 

Bu barədə HİT.Az-a Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən məlumat daxil olub.

Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrdən 3106-sı əkiz, 117-si üçəm, 4-ü isə dördəm doğulanlardır.

0