Naxçıvanın Medianın İnkişafı Agentliyi yaradılıb - FƏRMAN

ÖLKƏ
19:15 / 21.01.2021
778

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yanvarın 21-də “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

HİT.Az xəbər verir ki, fərmana əsasən, Naxçıvan MR Ali Məclisinin sədri yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında "Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxs yaradılıb.

Eyni zamanda Naxçıvan MR Medianın İnkişafı Agentliyinin Nizamnaməsi və Müşahidə Şurasının tərkibi təsdiq edilib.

0