Yanvarın 6-da Xocalı soyqırımını törədənlərdən biri, erməni general Manvel Qriqoryanın yaxınları onun məzarını ziyarət etmək istəyib, lakin məlum olub ki, onun ailə qəbristanlığında olan məzarı qazılıb və qəbir yeri boşdur.
Bu barədə “Caliber” Youtube kanalında yerləşdirilən videoda məlumat verilir.
Belə ki, M.Qriqoryanın qəbir daşı dağıdılıb, cəsədi tabutun içərisindən çıxarılaraq dəfn olunan ərazinin yaxınlığına atılıb.
Baş vermiş hadisədən şoka düşən M.Qriqoryanın qohumları hadisəni mətbuatdan gizlədib.
Dərhal onun üçün yeni məzar hazırlanıb və növbəti dəfə onun cəsədinin təhqir olunmaması üçün məzarın yanında 24 saatlıq nəzarət qurulub.