Sosial şəbəkələrdə və bəzi saytlarda Aynur İmamverdi qızı Fərzəliyevanın Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini təyin olunması ilə bağlı məlumatlar yayılıb.
Bu haqda HİT.Az-a Şirvan Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildiririlib ki, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə kadr təyinatı olunmayıb.
"Sosial şəbəkə istifadəçilərindən əsassız və qeyri-obyektiv məlumatların yayılmamasını və Şirvan Şəhər İcra Hakimiyyətinin rəsmi saytına istinad olunmasını xahiş edirik", - deyə məlumatda qeyd olunub.
11.04/22.01.2021
Şirvan Şəhər İcra Hakimiyyətində təyinat olub.
Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, bununla bağlı İcra Hakimiyyəti başçısı İlqar Abbasov əmr imzalayıb.
Əmrə əsasən, Aynur Fərzəliyeva icra başçısına müavin təyin edilib.
Qeyd edək ki, A.Fərzəliyevaya qədər bu vəzifəni Elmira Ağayeva icra edib. O, bir müddət əvvəl koronavirusdan dünyasını dəyişib.