Bu amillər koronavirusa yoluxma riskini azaldır - Mütəxəssisdən AÇIQLAMA

DÜNYA
11:35 / 22.01.2021
1437

"COVİD-19-dan sağalan pasientlər ən çox ağciyər problemlərindən əziyyət çəkirlər". 

HİT.Az xəbər verir ki, bunu "Radio Sputnik"ə verdiyi müsahibəsində allerqoloq-immunoloq Vladimir Bolibok nəfəs aldığımız havanın koronavirus infeksiyasına yoluxma ehtimalına necə təsir etdiyi barədə danışarkən deyib.

Koronavirusun tənəffüs yollarına bilavasitə təsir etdiyini qeyd edən Bolibok, bu səbəbdən də havanın keyfiyyətinin infeksiyaya yoluxma riskinə və xəstəliyin ağır gedişatına təsir etdiyini bildirib.

Mütəxəssisin fikrincə, hava oksigenlə zəngin olarsa bütün respirator xəstəliklərin, o cümlədən koronavirus infeksiyasının da gedişatı asan olar, . 

Bununla belə, çirkli hava, koronavirus da daxil olmaqla, bütün viruslu infeksiyalara yoluxma riskini artırır. Bu onu göstərir ki, daima təmiz hava axınının təmin edilməsinə çalışmaq lazımdır. "Yataq otağına xüsusi diqqət yetirilməlidir - yaxşı havalandırılmış, təmizlənmiş və tozu alınmış olmalıdır. Çünki günün əhəmiyyətli bir hissəsini orada keçiririk", - deyə Bolibok vurğulayıb.

0