Ramiz Mehdiyev akademiki işdən çıxardı

ÖLKƏ
16:50 / 22.01.2021
3701

AMEA-nın prezidenti Ramiz Mehdiyev Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovu vəzifəsindən azad edib.

Bu barədə Qaynarinfo-ya Akademiyadan məlumat verilib.

Bildirilib ki, Yaqub Mahmudov cümə axşamı işdən çıxmaqla bağlı ərizəsini yazıb. Hazırda isə təhvil-təslim prosesi gedir.

Məlumatda həmçinin qeyd edilir ki, Yaqub Mahmudov AMEA prezidentinin müşaviri təyin olunacaq.

7