Türkiyə COVİD-19 əleyhinə Rusiya peyvəndinin istehsalına başlayacaq

DÜNYA
15:46 / 23.01.2021
734

Türkiyə koronavirus əleyhinə Rusiya peyvəndi "Sputnik V"-nin istehsalına başlayacaq. 

HİT.Az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə RF Birbaşa Yatırımlar Fondu Türkiyənin qabaqcıl farmaseftik preparatlar istehsalçısı ilə müqavilə imzalayıb.

Vaksin istehsalı üçün lazımi texnologiyanın artıq Türkiyəyə göndərildiyi bildirilir.

“İlkin mərhələdə "Sputnik V"-nin Türkiyədə istehsal həcmi ildə milyonlarla doza təşkil edəcək və gələcəkdə istehsalın genişləndirilməsi məsələsi də müzakirə olunan məsələlər arasındadır. İstehsal olunacaq peyvənd həm Türkiyənin daxili ehtiyacını ödəyəcək, həm də digər ölkələrə tədarük ediləcək", məlumatda deyilir.

Fonddan bildiriblər ki, türklər effektivliyi 90% -dən çox olan "Sputnik V"-yə böyük maraq göstərir.

Hazırda dünyada bir neçə COVID-19 əleyhinə peyvənd mövcuddur. Rusiyada isə "Sputnik V" və "EpiVacCorona" vaksinləri effektivliyi təstiqlənərək dövlət tərəfindən qrydiyyata alınıb.

0