27 yaşlı şəhidimiz Gəncədə dəfn edildi - FOTOLAR

ÖLKƏ
15:58 / 23.01.2021
1109

Vətən müharibəsinin ilk günlərindən itkin düşən, dünən isə şəhid xəbəri gələn İbrahimov Muradun nəşi bu gün doğulduğu Gəncə şəhərinə gətirilib. 

Oxu.Az xəbər verir ki, şəhidimiz Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılıb. 

27 yaşlı M.İbrahimov Murov dağı istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Qeyd edək ki, M.İbrahimovun adı Müdafiə Nazirliyinin yaydığı Vətən müharibəsində itkin düşən hərbçilərimizin siyahında olub. 

Onun Vətənə əmanət bir yaşlı oğlu qalıb.

0