Aleksey Navalnının xanımı saxlanıldı - FOTO

DÜNYA
17:10 / 23.01.2021
1181

Xəbər verdiyimiz kimi, rusiyalı müxalifət lideri Aleksey Navalnının həbsinə etiraz olaraq Moskvada və bir sıra şəhərlərdə etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı onlarla şəxs saxlanılıb, polislə qarşıdurma yaşanıb. 

HİT.Az  "RİA Novosti”yə istinadən xəbər verir ki, mitinqə qoşulan Navalnının həyat yoldaşı Yuliya da saxlanılıb. 

Bu barədə o, İnstaqram hesabında paylaşım edib.

"Aşağı keyfiyyətə görə bağışlayın. "Avtozak”da çox pis işıq var”, - deyə siyasətçinin xanımı yazıb.

1