Koronavirusa yoluxmuş əfsanəvi Larri Kinq vəfat etdi

DÜNYA
18:44 / 23.01.2021
826

Amerikalı əfsanəvi jurnalist və teleaparıcı Larri Kinq vəfat edib.
 
HİT.Az xəbər verir ki, o 87 yaşında dünyasını dəyişib. Kinqin ölüm səbəbi açıqlanmasa da, onun yanvar ayının əvvəlində koronavirusa yoluxduğu məlum olub. 
 
Yəhudi əsilli jurnalist teleaparıcı kimi böyük şöhrət qazanmışdı. Tanınmış jurnalist siyasətçilər, aktyorlar, idmançılar və digər məşhurlardan ümumilikdə 50 mindən artıq müsahibə götürüb.

Kinq "Emmi”, "Pibodi” mükafatlarının laureatı, həmçinin "Cable ACE”ın onqat mükafatçısı olub. Əfsanəvi teleaparıcının 25 il əezində CNN kanalında yayımlanan "Larry King Live" tok-şousu Ginnesin Rekordlar kitabına düşüb. 

2017-ci ildən ağciyər xərçəngi ilə mübarizə aparan L.Kinqə 2019-cu ildə anqioplastika edilib. Yanvarın əvvəlində COVİD-19 diaqnozu ilə Los Ancelesdəki "Cedar Sinai" Tibb mərkəzinə yerləşdirilən Kinq bu gün orada vəfat edib.

0