Rusiyada keçirilən etiraz aksiyalarında 1800-dən çox nümayişçi saxlanılıb

21:48 / 23.01.2021
822

Rusiyanın müxtəlif regionlarında Aleksey Navalnıya dəstək məqsədi ilə keçirilən razılaşdırılmamış etiraz aksiyalarında 1800-dən çox etirazçı saxlanılıb.

HİT.Az-ın Rusiya KİV-inə istinadən verdiyi xəbərə görə, polis əməkdaçları 100-ə yaxın şəhərdə 1873 aksiya iştirakçısını saxlayıb.

Vladivostokda nümayiş iştirakçıları tərəfindən Xüsusi təyinatlılara qarşı "zor tətbiq edilməsi" ilə əlaqədar iki cinayət işi başlanılıb. RF İstintaq Komitəsinin məlumatına görə isə iki nümayişçi polis əməkdaşlarına hücum edib. Şübhəlilərdən biri saxlanılıb, digəri axtarılır.

Rusiya DİN-dən verilən məlumata görə, 20 yaşlı Novosibirsk sakininə qarşı kütləvi ixtişaşlara və talana çağırışla bağlı cinayət işi açılıb.

Bir sıra şəhərlərdə razılaşdırılmamış mitinqlər zamanı hüquq-mühafizə orqanı əməkdaşları ilə etirazçılar arasında toqquşmalar baş verib. Bəzi etirazçılara, o cümlədən yetkinlik yaşına çatmayanlara qarşı, polis tərəfindən güc tətbiq edildiyi bildirilir. 

Bu gün Rusiyanın müxtəlif şəhərləeində müxalifət lideri Aleksey Navalnıya dəstək məqsədi ilə razılaşdırılmamış aksiyalar keçirilir. Xatərladaq ki, yanvarın 17-də Almaniyadan dönən siyasətçi Moskvada "Şeremetyevo" hava limanında həbs edilib. Sonra baş tutan məhkəmə prosesində Navalnıya 30 sutka həbs cəzası verilib. Bundan əlavə, məhkəmə Navalnının "İv Roşe" işi üzrə şərti cəzasının həqiqi cəza ilə əvəz olunması məsələsinə də baxacaq.

1