Azərbaycan Respublikasının Prezident İlham Əliyev Eldar Quliyevin "İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
HİT.Az-ın məlumatına görə, sərəncamda Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Eldar Tofiq oğlu Quliyevin "İstiqlal” ordeni ilə təltif edilməsi vurğulanıb.
Qeyd edək ki, Eldar Quliyev Azərbaycan kinorejissoru, ssenaristi, Xalq artistidir.