Xaçikyan Qarabağda ölən erməni hərbçilərin sayını açıqladı

SİYASƏT
21:15 / 24.01.2021
1560

Erməni hərbi ekspertləri İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfdən 4 min hərbçinin ölümü ilə bağlı məlumatların inandırıcı olmadığını, hesablama metodologiyasının anlaşılmaz olduğu qənaətindədirlər.

HİT.Az-ın məlumatına görə bu barədə "Kavkazskiy uzel" nəşri yazır.

Xatırladaq ki, yanvarın 20-də Ermənistan baş nazirinin müavini Tiqran Avinyan Dağlıq Qarabağda ümumilikdə 3439 erməni hərbçisinin cəsədinin tapıldığını bildirib. Eyni zamanda, Ermənistan hakimiyyəti İkinci Qarabağ savaşında itkilərinin 4 min nəfərdən çox olmadığı qənaətindədirlər.

Hərbi analitik Hayk Xaçikyan  "Kavkazskiy uzel"-ə verdiyi açıqlamada bildirib ki, Avinyanın təxminən 4 min erməni hərbçinin ölməsi ilə bağlı açıqlaması hesablama metodologiyası təqdim edildiyi halda etibarlı sayıla bilərdi.

"Əslən Dağlıq Qarabağdan olan müharıbədə ölən və oradaca dəfn edilmiş hərbçilərin bu hesablamada nəzərə alınıb-alınmadığı aydın deyil. Mənim müşahidələrimə görə, Ermənistanın itkiləri altı mindən az deyil" - deyə o bildirib.

Xaçikyan onu da qeyd edib ki, pilotsuz aviasiyadan istifadə hücum edən qarşı tərəfin itkilərinin sayının az olmasında xüsusi rol oynayıb.

"Azərbaycan tərəfi əsas itkiləri müharibənin əvvəlində, müdafiə xəttini yararkən verdi. Bundan sonra pilotsuz zərbə uçuş aparatlarından daha çox ərazidə, o cümlədən artilleriyanın məhv edilməsi üçün, istifadə etmək imkanı əldə etdi və bu da qarşı tərəfin itkilərinin sayına ciddi təsir etdi", - deyə erməni hərbi analitik bildirib.

Hərbi ekspert Robert Nazaryan da PUA-lardan istifadənin Azərbaycan Ordusunun canlı qüvvə itkilərininə təsir etməsi ilə razılaşır.

"Pilotsuz uçuş aparatlarının və müasir texnologiyaların istifadənin prioritet vəzifəsi məhz canlı qüvvə itkilərinin azalsılmasıdır", -  Nazaryan deyib.

Nazaryan Ermənistan baş nazirinin müavini Tiqran Avinyanın erməni tərəfindən maksimum 4 min nəfərin həlak olması barədə fikirlərini qiymətləndirməkdə çətinlik çəkib. Onun sözlərinə görə də, Avinyanın iddiaları inandırıcı görünmür. Buna baxmayaraq, o, Ermənistan tərəfinin itkiləri ilə bağlı konkret rəqəm deməkdən çəkinib.

0