Dünyada \"COVİD-19\"-dan ölənlərin sayı 2,11 milyonu keçib

22:42 / 24.01.2021
738

Dünyada koronavirus infekdiyasının törətdiyi fəsadlardan dünyasını dəyişənlərin sayı 2,11 milyonu keçib.

HİT.Az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Məlumata əsasən,son sutka ərzində dünyada 577 301 nəfər koronavirusa yoluxub, daha 13 688 nəfər isə virusun törətdiyi fəsadlardan dünyasını dəyişib. 

ÜST-ün rəsmi məlumatına əsasən, yoluxanların ümumi sayı 97 464 094 nəfərə, ölənlərin isə 2 112 689 nəfərə çatıb.

1