Bu gündən ölkə ərazisində bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət) bərpa olunur.
HİT.Az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında qeyd olunub.
Qərara əsasən, fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi əməl olunmalıdır.