"Neftçi"nin sabiq baş məşqçisi: "Klub prezidenti səxavətli adam idi"

İDMAN
11:36 / 11.05.2020
1156

"Neftçi"də işləmək üçün Azərbaycana getdim, klub prezidenti zəngin və səxavətli idi".

Bunu "Neftçi"nin sabiq baş məşqçisi Hans-Yurgen Gede "Vnexpress" nəşrinə geniş müsahibəsində deyib.

2008/2009 mövsümündə paytaxt təmsilçisində işləyən 64 yaşlı mütəxəssis bidirib ki, klub prezidenti baş məşqçilik etməyi xoşlayıb.

Gede həmin dönəmki funksionerin peşəkarlara müdaxilə etdiyini də sözlərinə əlavə edib: "Sonra kulminasiya nöqtəsi baş verdi. Mənə hücumçu verdi, hansı ki, o bacarıqsız idi. Prezident dedi ki, Yurgen, ona oynamaq üçün şərait yarat".

Qeyd edək ki, 2008-2009-cu illərdə "Neftçi"də Əkbər Hacıyev prezident olub.

0
Report.az