Beynəlxalq ədəbiyyat mükafatının qalibi bəlli oldu

MƏDƏNİYYƏT
19:26 / 25.01.2021
988

İngilətərinin ən nüfuzlu ədəbi mükafatı sayılan "Eliot mükafatı"nın qalibi Banu Kapil oldu.

"The Guardian" xəbər verir ki, mükafata onun "Ürəyi necə yumalı?" kitabı layiq görülüb.

Banu Kapilin bu kitabında qaradərili bir immiqrantla onun orta təbəqədən olan ev sahibi arasındakı münasibətlərindən bəhs edilir.

Banu Kapil 1968-ci ildə Böyük Britaniyada anadan olub. Bir sıra kitabların müəllifi olan yazıçı həm də "Naropa" universitetində müəllimlik fəaliyyəti ilə də məşğuldur.

 

0
Kulis.az