Rəsmi Yerevandan təxribat xarakterli QARABAĞ AÇIQLAMASI

SİYASƏT
12:51 / 27.01.2021
3364

Ermənistan xarici işlər naziri Ara Ayvazyan iranlı həmkarı Cavad Zəriflə görüşüb.

Ayvazyan növbəti dəfə təxribatçı açıqlamaları ilə diqqət çəkib.

“Qarabağdakı son müharibənin nəticələri regionda sülh üçün əsas ola bilməz. Regionda təhlükəsizliyi və stabilliyi yalnız qalib ya məğlubun olmadığı sülh təmin edə bilər ”- deyə Ayvazyan Zərifə deyib.

Beləliklə, Ermənistan Cənubi Qafqazda stabillik və mehriban qonşuluq siyasətini növbəti dəfə geri çevirib.

3
Modern.az