Mikroçip iddialarına Bill Qeytsdən cavab

15:24 / 27.01.2021
954

"Microsoft"un qurucusu Bill Qeyts sosial mediada koronavirus pandemiyası müddətində onunla bağlı yayılan "çirkin" ittihamların çatdığı səviyyəyə təəccübləndiyini və bu ittihamların arxasında olan səbəbi araşdırmaq istədiyini söyləyib.

"Reuters" xəbər verir ki, Qeyts özü və Dr. Antoni Fauci ilə bağlı səsləndirilən mikroçip iddialarının böyük ehtimalla pandemiyanın yaratdığı qorxu və sosial medianın həyatımızdakı roluna görə belə sürətlə yayıldığını düşündüyünü qeyd edib. 

"Bu ittihamlarda mənim və Faucinin adının keçəcəyini heç kim təxmin edə bilməzdi. İnsan buna həqiqətən inanır? Bu məsələ araşdırılmalıdır və insanların hərəkətlərinə necə təsir etdiyini və bunu azaltmaq üçün nələr edə biləcəyimizi bilməliyik. Baş verənlərdən dolayı təəccüblənirəm və yaxın zamanda bitəcəyinə ümid edirəm", - deyə Qeyts bildirib.

0
"MediaPost"