Türklər koronavirusu 1 dəqiqədə öldürən sprey yaratdı

DÜNYA
16:09 / 27.01.2021
1274

Türkiyənin Bursa şəhərindəki Uludağ Universitetinin Mikrobiologiya kafedrasının əməkdaşları koronavirusu bir dəqiqədə öldürə bilən burun spreyi yaradıblar.

Bu barədə “Daily Sabah” nəşri məlumat verib. 

Virusu tamamilə öldürən “Genoxyn” spreyi professor Şehime Gülsün Təməl , Dr. Əhməd Yumit Sabancı və Güneyit Özakin tərəfindən hazırlanıb.

Sabancı araşdırmaların koronavirus pandemiyasından əvvəl başladığını bildirib: “Biz dərmanın antibakterial fəaliyyətə malik olduğunu göstərdik və pandemiya baş verdikdən sonra “COVID-19” ilə mübarizəyə töhfə verəcəyimizi düşündük. Araşdırmamız spreyin ağız və burun toxumalarında virusu öldürdüyünü, yayılmasının qarşısını aldığını və sayını azaltdığını göstərdi”.

Təməl qeyd edib ki, sprey selikli qişadakı epiteliya hüceyrələrinə zərər vermədən koronavirusu bir dəqiqə ərzində məhv edir: “Üstəlik, spreyin hüceyrələrdə müalicəvi təsirinin olduğunu gördük. Buna görə də təhlükəsiz istifadə edilə bilər”.

Alimlər dərmanın nanotexnologiya ilə yaxşılaşdırılmasından sonra təsirinin daha stabil olduğunu və müəyyən molekullara uzunmüddətli təsir göstərə bildiyini qeyd ediblər. Spreyin yalnız “COVID-19”a qarşı deyil, həm də müxtəlif bakteriya və göbələklərə qarşı yüksək effektivlik göstərdiyi bildirilir.

0