Baş həkim vəzifəsindən azad edildi - SƏBƏB

ÖLKƏ
23:36 / 27.01.2021
3740

Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkimi Yusif Quliyev tuttuğu vəzifədən azad olunub.

Bu barədə baş həkimin özü açıqlama verib. Onun sözlərinə görə işdən ayrılmasını özü xahiş edib:

"Bir müddət idi işdən azad edilməm barədə rəsmi müraciət etmişdim. Dünən reaksiya verildi və mən işdən azad edildim. Bakı şəhərindəyəm, ailəmin yanındayam. İşdən ayrılma səbəbim də ailəmə yaxın olmaq idi."- Y.Quliyev bildirib.

Məlumat üçün bildirək ki, Y. Quliyev 2 ilə yaxın Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsini icra edib. Bu müddət ərzində xəstəxanada koronavirus xəstələrinin müalicəsi aparılıb. /Baku.ws

 

1