Müharibədə niyə məğlub olduğumuzu baş nazir Nikol Paşinyandan soruşun.
Azvision.az xəbər verir ki, bunu Ermənistan ordusunun yaradılmasının 29-cu ildönümü münasibətilə “Erablur” memorial məzarlığına gələn silahlı qüvvələrin keçmiş baş qərargah rəisi, general-polkovnik Yuri Xaçaturov jurnalistlərə bildirib.
“Niyə məğlubiyyətə uğradıq? Bu barədə Paşinyandan soruşun”, - deyən Xaçaturov digər suallara cavab verməkdən imtina edib.