Tələbələrin təhsil haqqını mənimsəyən şöbə müdiri işdən çıxarıldı

ÖLKƏ
14:56 / 28.01.2021
650

Azərbaycanda şöbə müdiri tələbələrin pulunu mənimsəməkdə günahlandırılır.

“Report”un xəbərinə görə, Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva 100-dən çox tələbənin təhsil haqqı kimi ödədiyi 1000-7000 min manat pulunu mənimsəyib.

Hadisədən sonra həmin şöbə müdiri işdən çıxarılıb.

Hüquq-mühafizə orqanlarından “Report”a fakt təsdiqlənib. Bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.

BSU-dan isə "Report"a bildirilib ki, məsələ ilə bağlı açıqlama veriləcək.

0