Ötən həftə vəzifəsinin icrasına başlayan ABŞ prezidenti Co Baydenin andiçmə mərasiminə qatılan Berni Sanders gözlənilməz şəkildə rekord həddə pulun sahibi olub.
Vermont senatoru olan Sandersin mərasimdə çəkdirdiyi şəkil təkcə ABŞ-da yox, bütün dünyada geniş müzakirəyə səbəb olmuşdu. Bu hadisədən sonra onun şəkillərindən istifadə edərək hədiyyəlik əşyalar, “sweatshirt” və “t-shirt”lər hazırlanıb
Məsələ ilə bağlı açıqlama verən Sandersin komandası bu əşyalardan cəmi 5 gündə 1.8 milyon dollar qazanc götürüldüyünü vurğulayıb. Onlar bu pulun Sandersin təyin olunduğu Vermont əyalətindəki qeyri-hökumət təşkilatlarına köçürüləcəyini diqqətə çatdırıb.
yenisabah.az