Bu gün səhər saatlarında Binəqədi şossesində yol nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyindən “Yeni Sabah”a verilən məlumatda bildirilir ki, “Manella MMC”-nin müvəqqəti istsimarında olan 108 A müntəzəm marşrut xətti üzrə 10 TG 635 Dövlət Qeydiyyat Nişanlı sərnişin avtobusu betonqarışdıran avtomobillə toqquşub.
Hadisəylə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən müvafiq araşdırma aparılır. “Manella MMC”-nin rəhbəri Qurbanəli İsmayılov Agentliyə çağırılıb.
Agentliyin əməkdaşları hazırda hadisə yerindədir.
****
Binəqədi rayonu ərazisində qəza baş verib.
Hadisə şahidlərinin "Yeni Sabah”a verdiyi xəbərə görə, səhər saatlarında Binəqədi şossesində baş verən qəza zamanı sərnişin avtobusu ilə betonqarışdıran maşın toqquşub.
Hər iki nəqliyyat vasitəsinə zərər dəyib. Hadisə yerinə 6 təcili tibbi yardım maşını cəlb olunub.